Lampard Romanın baş məşqçisi ola bilər

04.11.2024

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərəli mütəxəssis Frenk Lampard İtaliyanın "Roma" komandasının baş məşqçisi ola bilər.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

O, paytaxt təmsilçisində bu vəzifəyə əsas namizədlərdən biridir. "Roma"nın hazırkı xorvatiyalı baş məşqçisi İvan Yuriçin yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Frenk Lampard ölkəsində "Çelsi" və "Everton"un baş məşqçisi olub. O, futbolçu olduğu dönəmdə, 2001-2014-cü illər aralığında London təmsilçisinin formasını geyinib./Report

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью