Lana Del Reydən Fələstinə dəstək

08.07.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı məşhur müğənni Lana Del Rey Fələstindəki humanitar böhranla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, sənətçi paylaşımında Fələstin xalqının yaşadıqlarının onu dərindən sarsıtdığını bildirib.

“Fələstin xalqının yaşadıqları ürək ağrıdır. Dualarımız sizinlədir”, – deyə müğənni paylaşımında qeyd edib. pizza hut

Onun bu paylaşımı sosial mediada geniş əks-səda doğurub və minlərlə istifadəçi tərəfindən dəstəklənib.

Qeyd edək ki, son dövrlər Fələstində mülki əhaliyə qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində çoxsaylı itkilər baş verib. Dünyanın müxtəlif yerlərindən tanınmış simalar bu zorakılıqlara qarşı səslərini ucaldaraq həmrəylik nümayiş etdirirlər.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью