“Land Cruiser”lə toqquşan “Prius” alovlandı Video

08.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yol qəzası zamanı avtomobillərdən biri yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.

İşıqforun tələbinə əməl edilməməsi səbəbindən “Toyota Land Cruiser” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Nəticədə, maşınlara ciddi zərər dəyib. “Toyota Prius” zədələndikdən sonra yanmağa başlayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью