“Land Cruser” motosikletə çırpıldı Kuryer öldü

23.06.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Land Cruser” markalı avtomobil yolla hərəkət edən motosikletə çırpılıb. Nəticədə motosiklet sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

İlkin məlumata görə, vəfat edən şəxs kuryerdir.

Qəza olan əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью