Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın "LANDAU Lions" klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda 6-cı turun ən yaxşı oyunçusu seçilib.
Bu barədə Bakıvaxtı.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
O, İsveçrədə yerli "Lions de Geneve" komandası ilə oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.
Xatırladaq ki, "şirlər" bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.