Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 90A ünvanında yerləşən 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi hərraca çıxarılır.
BAKU.WS-nin məlumatına görə, bu barədə herrac.gov.az saytında məlumat verilib.
Elektron qaydada və açıq auksion formatında keçiriləcək satış dekabrın 22-də, saat 18:41-də başlayacaq.
Ümumi sahəsi 32,654 kvadratmetr olan qeyri-yaşayış binasının likvid dəyəri 120 milyon manat müəyyən edilib.