“Lans”dan müdafiə xəttinə yeni transfer

28.01.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın "Lans" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Sanderlend"dən Artur Masuakunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konqolu sol cinah müdafiəçisi mövsümün sonuna qədər "Lans"ın formasını geyinəcək.

Qeyd edək ki, Artur Masuaku bu mövsüm "Sanderlend"in heyətində keçirdiyi 4 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Con Duran Avropa klublarının hədəfində İlkay Gündoğan: “Siti" ilə qarşılaşma mənim üçün qəribə olacaq" "Qarabağ" "Liverpul" səfərində - YENİLƏNİR Paulo Maldininin oğlu A Seriyasında klubunu dəyişib “Fənər”in qolkiperi sabiq komandasına geri qayıdıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью