“Lans”ın yarımmüdafiəçisi üçün inanılmaz məbləğ

01.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Brentford” növbəti və ən səs-küylü transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi Fransanın “Lans” klubunda çıxış edən Mamadu Sanqareni heyətinə cəlb edib. 22 yaşlı mərkəz yarımmüdafiəçisinin keçidi London təmsilçisinə rekord qiymətə başa gəlib. Klub bu transfer üçün tam 41 milyon funt-sterlinq ödəyib. Malili futbolçu ilə “5+1” müddətlik müqavilə bağlanıb.

Ötən mövsüm “Lans”ın heyətində 33 matçda meydanda olan Sanqare komandasının Fransa Liqa 1-də gümüş medal qazanması və tarixində ilk dəfə Fransa Kubokunu muzeyinə aparmasında əsas rol oynayıb. O, geridə qalan mövsümdə Liqa 1-də topu rəqibdən ən çox geri qazanan (207 dəfə) yarımmüdafiəçi kimi diqqətləri üzərinə çəkmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью