Laos AQEM in yeni üzvü oldu

15.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Laos Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.

İlham Əliyev bu hadisənin AQEM-in platforma kimi artan əhəmiyyətini və inkişafını göstərdiyini vurğulayıb.

Dövlət başçısı qərarın Azərbaycanın AQEM-ə sədrliyi dövründə, Bakı Zirvə Görüşü çərçivəsində qəbul edilməsini yüksək qiymətləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью