Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Laosda yağan güclü leysan yağışları bir sıra ərazilərdə daşqınlara səbəb olub. Ölkə üzrə ani sel və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
XQ-nin məlumatına görə, Ponqsalı, Huapan, Luanqprabanq, Udomsay, Saysombun, Sayaburi, Bolikamsay, Kammuan, Savannaket və Attapu əyalətlərində daşqın və torpaq sürüşməsi riski yüksək qiymətləndirilir.
Bəzi bölgələrdə çaylarda suyun səviyyəsinin kritik həddə çatdığı və daşqınların baş verdiyi bildirilir. Sakinlərə ehtiyat tədbirləri görmək və mümkün ani daşqınlara hazır olmaq tövsiyə olunub.
Kammuan əyalətində isə avqustun əvvəlindən davam edən intensiv yağışlar çay qollarının məcrasından çıxmasına səbəb olub. Nəticədə yaşayış evləri, tibb müəssisələri, kənd təsərrüfatı sahələri və digər obyektlər su altında qalıb.