Laosda saxta spirtli içkidən 6 turist zəhərlənərək ölüb AZƏRTAC

22.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Laosda saxta spirtli içkidən 6 turist zəhərlənərək ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Hadisə məşhur kurort şəhəri olan Vanq Vienqdə baş verib.

Rəsmilərin məlumatına görə, həlak olanlar Böyük Britaniya, Danimarka, ABŞ və Avstraliya vətəndaşlarıdır.

Hadisə ilə bağlı araşdırma aparılır. İki nəfər saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью