Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Barselona”nın prezidenti Xuan Laporta komandanın əsas müdafiəçilərindən biri Ronald Arauxo ilə bağlı emosional çıxış edib və depressiya yaşayan futbolçuya tam dəstək göstərməyin vacibliyini vurğulayıb.
"Football-plus.az" xəbər verir ki, o, Arauxonun çox həssas və emosional xarakterə malik olduğunu bildirib:
“Son söhbət zamanı ona minnətdarlığımı bildirdim və motivasiyalı şəkildə qayıtmasını istədim. Bunlar həssas mövzulardı və mütləq mütəxəssislərə buraxılmalıdı. Arauxo bizə lazım olan futbolçudu, onun xüsusiyyətlərinə malik başqa oyunçumuz yoxdu”.
Laporta eyni zamanda “Barselona”nın müdafiəçisi Erik Qarsiya ilə bağlı da mühüm xəbəri dəqiqləşdirib. Onun dediyinə görə, futbolçu ilə yeni müqavilə gələn həftə imzalanacaq.