Laporta Bakıda bu futbolçularla görüşəcək

16.11.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda səfərdə olan "Barselona"nın prezidenti Xuan Laporta Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı məqsədi ilə ölkəmizə gələn Laporta sabah futbol akademiyalarımızın yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, Xuan Laporta Bakıya bu gün səfər edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью