Laporta Bakıda bu futbolçularla görüşəcək

17.11.2024

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda səfərdə olan "Barselona"nın prezidenti Xuan Laporta Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşəcək.

Sherg.az Qol.az-a istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı məqsədi ilə ölkəmizə gələn Laporta sabah futbol akademiyalarımızın yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olacaq.

Qeyd edək ki, Xuan Laporta Bakıya bu gün səfər edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью