Laporta: Barselona hələ heç nə əldə etməyib

15.04.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Hələ heç nəyə nail olmamışıq".

Apasport.az xəbər verir ki, bunu "Barselona"nın prezidenti Xoan Laporta Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununundan öncə jurnalistlərə açıqlamasında deyib. 

O, "Borussiya" ilə cavab oyunundan öncə komandanı və azarkeşləri eyforiyaya qapılmamağa səsləyib: 

"Biz qalib gəldiyimiz İspaniya Superkuboku və komandamızın bu mövsüm göstərdiyi futbolla fəxr edirik, lakin hədəflərə hələ çatmayıb. Bu, futboldur. Futbolda hər şey ola bilər".
Qeyd edək ki, Hans-Diter Flikin komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununu Dortmund "Borussiya"sına qarşı keçirəcək. Kataloniya klubu evdə keçirdikləri ilk oyunda böyük hesablı qələbə qazanıblar – 4:0.

“Nyukasl” İsakın əvəzedicisini tapdı “Arsenal” “Leypsiq”in forvardı ilə maraqlanır “Siti” Gündoğanın əvəzedicisini İtaliyada tapdı “Real”ın ulduzu klub səhmdarı olacaq A Seriyasına yüksələn ilk klub bəlli olub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью