Laporta: “Barselona”nın ləkələməyə çalışırlar”

29.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Barselona”nın prezidenti Xoan Laporta açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner əzəli rəqibləri “Real”a hakimlərin güzəşt etdiyini deyib:

“Barselona” heç vaxt hakim almayıb. Neqreyra məsələsi lazımsızdır və boş yerə uzadırlar. “Barselona”nın ləkələməyə çalışırlar.

“Real” isə hər zaman kömək alır. Ötən həftə iki qol vurdular, amma ikisində də qayda pozuntusu var idi. Bunlar sayılmasaydı, “Barselona” indi lider olardı. Bundan başqa, “Real” La Liqa rəhbərliyi ilə “müharibədədir”. Onlar çempionatın prezidenti Xavyer Tebası göndərmək və öz adamlarını ora gətirmək istəyir”.

“Real” La Liqada 32 xalla liderdir. İkinci “Barselona”nın isə 31 xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью