Laporta de Yonqa cavab verdi: “Barselona” ABŞ da oynayacaq

09.10.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona” prezidenti Joan Laporta yarımmüdafiəçi Frenki de Yonqun İspaniya çempionatının 17-ci turunda “Vilyarreal”la ABŞ-da keçiriləcək oyundan narazılığına münasibət bildirib.

QOL.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Laporta deyib:

“UEFA və La Liqa bununla razılaşıb. Biz harada deyilsə, orada da oynayacağıq. Hər kəsin öz fikri var və mən onu hörmətlə qarşılayıram. ABŞ bizim üçün inkişaf edən və vacib bazardır. Yay turları zamanı bir sıra əməkdaşlıq müqavilələri bağlamışıq, bu oyun isə onları gücləndirəcək”.

Bundan başqa, xəbərdə qeyd olunub ki, İspaniya klubları bu oyundan 5–6 milyon avro qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью