Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona"nın prezidenti Joan Laporta növbəti prezident seçkiləri və komandanın baş məşqçisi Hansi Flik haqqında danışıb.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub rəhbəri mütəxəssis barədə xoş fikirlər səsləndirib:
"Əgər yenidən prezident olsam, Flik istədiyi müddətcə "Barselona"nı çalışdıracaq. Komandada belə təcrübə və biliyə malik birinin olması bizim üçün vacib idi. O, təkcə fenomenal məşqçi deyil, həm də fenomenal insandır.
Onunla müqavilə bağladığımız gün vacib bir iş gördüyümüzü bilirdik. Çünki o, əsas məşqçidir və təcrübəli oyunçularla yanaşı, çox gənc futbolçulardan ibarət komandanı necə idarə edəcəyini yaxşı bilir
Flik hazırkı "Barselona" komandası üçün mükəmməl məşqçidir. Onun sayəsində hazırda çox xoş bir mərhələdən keçirik".
Qeyd edək ki, Kataloniya klubunun prezident seçkiləri mart ayında keçiriləcək.