Laporta: İspaniya dünya kubokunu qazanacaq

17.07.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Laporta: "İspaniya dünya kubokunu qazanacaq"

"Barselona"nın prezidenti Joan Laporta DÇ-2026-nın finalı ilə bağlı fikirlərini bölüşüb.

QOL.az "The Touchline"yə istinadənxəbər verir ki, o, İspaniya millisinin Argentina üzərində qələbə qazanacağına inandığını bildirib.

"Dünya Çempionatının finalında İspaniya qalib gələcək. Bizim komandamız daha güclüdür", - deyə Laporta söyləyib.

Xatırladaq ki, DÇ-2026-nın yarımfinalında İspaniya Fransanı (2:0), Argentina isə İngiltərəni (2:1) məğlub edərək finala yüksəlib. DÇ-2026-nın finalında İspaniya və Argentina milliləri iyulun 19-da üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью