Laporta Messiyə dəvət göndərib | Icma.az
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xuan Laporta Messini "Barselona"nın 125 illik yubileyi şərəfinə təşkil olunan qala gecəsinə dəvət edib.
Sport24.az xəbər verir ki, kataloniya təmsilçisinin prezidenti Laporta argentinalı superulduzu klubun yaranmasının 125 illiyi şərəfinə noyabrın 29-da Liceu Teatrında keçiriləcək qala gecəyə şəxsi dəvət göndərib.
Messinin 2021-ci ildə klubdan ayrıldıqdan sonra rəhbərliklə münasibətlərinin gərgin olmasına baxmayaraq, tədbirə qatılacağı gözlənilir.
Xavi Hernandez, Andres İnyesta, Pep Qvardiola və digər klub əfsanələrinin "Barselona"nın yubileyini qeyd etmək üçün dəvət edildiyi də bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu