futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona” yay transfer dönəmində “İnter”dən Lautaro Martinesi transfer etmək istəyib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta insayder Fabrizio Romanoya açıqlamasında deyib.
O, Martines üçün bütün variantları yoxladıqlarını, ancaq “İnter”in hücumçunu buraxmadığını bildirib:
“Martines üçün hər şeyi etdik, amma klubu buraxmadı. “İnter”ə və ona hörmətlə yanaşıram”.
Martines bu mövsüm A Seriyasında 4 oyunda 4 qol vurub.