Laporta “Real”ı hakimlərə təsir göstərməkdə ittiham edir

26.10.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

“Barselona”nın prezidenti Xuan Laporta “Real”la La Liqa matçından əvvəl hakimlikdən danışıb.
Apasport.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Real” televiziya kanalları vasitəsilə hakimlərə birbaşa təsir göstərən sağlam olmayan bir mühit yaradıb. Bu, qəbuledilməzdir. Biz qurban rolunu oynamaq istəmirik, “Santyaqo Bernabeu”ya qalib gəlmək üçün gedirik. Amma “Real” hakimlərin onlara üstünlük vermədiyini iddia edə bilməz”.
Kataloniya klubu 9 oyundan sonra 22 xalla İspaniya La Liqasının turnir cədvəlində ikinci, “Real” isə 24 xalla birinci yerdədir.

“Real” – “Barselona” matçı bu gün saat 19:15-də start götürəcək.

"Trabzonspor"dan növbəti qələbə Bundesliqa: "Leypziq"dən darmadağın La Liqa: "Atletik" "Xetafe" ilə bacarmadı "Napoli" "İnter"i məğlub edib PSJ 3 xalı 3 qolla qazandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью