Laportadan “Real Madrid”ə sərt sözlər: “Bu, ağlasığmazdır”

15.09.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın “Barselona” futbol komandasının prezidenti Joan Laporta “Real Madrid”lə bağlı sərt açıqlama verib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, kataloniyalıların rəhbəri “Rayo Valyekano”nun yenidən öz stadionunda oynamaq hüququ əldə etməsinə münasibət bildirərkən Madrid klubuna eyham vurub.

“Rayo Valyekano”ya müvəqqəti icazənin verilməsinə sevindiyini deyən Laporta klub prezidenti Raul Martin Presaya dəstəyini ifadə edib.

“Bəzilərinin torpaqlarının təyinatını dəyişdirirlər, digərlərinə isə bütün icazələri qaydasında olduğu halda öz stadionunda oynamağa imkan vermirlər. Bu, ağlasığmazdır”, - deyə Laporta bildirib.

İspaniya mətbuatı Laportanın “bəziləri” ifadəsi ilə “Real Madrid”i nəzərdə tutduğunu yazıb. “Barselona” prezidenti daha əvvəl də “Rayo Valyekano”nun “Valyekas” stadionundan istifadə edə bilməməsini ədalətsizlik adlandırıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью