Laqunda ilə qolunu kəsən kişi öldü

15.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqunda ilə işləyərkən qolunun bazu sümüyünü kəsib.

Ailə üzvləri onu xəstəxanaya çatdırsalar da, yaralı dünyasını dəyişib.

Həkimlərin verdiyi məlumata görə, kişinin ölümünə səbəb qan itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью