Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
İran ABŞ ilə danışıqlar aparmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkə səhifəsində yazıb.
“Biz ABŞ ilə danışıqlar aparmayacağıq”, - deyə siyasətçi “The Wall Street Journal” qəzetində dərc olunmuş bir məqaləni şərh edərkən bildirib.
Həmin məqalədə Laricaninin Vaşinqtonla diplomatik məsləhətləşmələrin bərpası təşəbbüsünü Oman vasitəsilə çatdırdığı iddia olunur.