Laricani yayılan məlumatlara aydınlıq gətirdi

02.03.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Vaşinqtonla danışıqları bərpa etməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o,  “X” sosial şəbəkəsində yazıb.

“Biz ABŞ ilə danışıqlar aparmayacağıq”, – Laricani qeyd edib.

Siyasətçi “The Wall Street Journal” qəzetində onun diplomatik məsləhətləşmələrin bərpası ilə bağlı Oman vasitəsilə Vaşinqtona siqnal göndərdiyinə dair məlumatı belə şərh edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью