Laricanidən yeni müharibəyə səbəb KONKRET

15.11.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Fundamental Elmlər üzrə Tədqiqat İnstitutunun rəhbəri Məhəmmədcavad Laricani ölkəsinin uranın zənginləşdirilməsi səviyyəsini 90 faizə qədər yüksəldə biləcəyini deyib.

KONKRET.az xəbər verir ki, Laricani bu fikirləri “Nüvə Doktrinasına Yenidən Baxış və Düşüncə” adlı konfransda çıxışı zamanı səsləndirib.

O, İranın 60 faiz zənginləşdirilmiş urandan imtina etməsi ilə bağlı tələbləri tənqid edərək bu materialın ölkə üçün praktik əhəmiyyət daşıdığını bildirib.

“Onlar 60 faiz zənginləşdirilmiş uranımızdan imtina etməyimizi təklif etməkdə tamamilə yanılırlar”, – Laricani qeyd edib.

O, həmçinin atom bombalarının, kimyəvi və bioloji silahların İslamda qadağan olunduğunu xatırladıb. Bununla belə, nüvə texnologiyasının hərbi məqsədlərlə istifadəsinin mütləq atom bombası istehsalı ilə məhdudlaşmadığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью