Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın ardıcıl həyata keçirdiyi cavab zərbələri nəticəsində İsrailin paytaxtı Təl-Əvivdə yenidən hava hücumu siqnalı səslənib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun yaydığı açıqlamada İrandan raketlərin buraxıldığı və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib.
İranın cavab zərbələrindən sonra başda Təl-Əviv olmaqla, ölkənin mərkəzi bölgələrində sirenlər işə düşüb.
Bölgədə olan AA müxbirinin məlumatına görə, çoxsaylı döyüş başlığı daşıyan ən azı bir raket Təl-Əviv səmasında müşahidə olunub və güclü partlayış səsi eşidilib.
İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, İsrail hücumu nəticəsində həyatını itirən Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricaninin qisasını almaq məqsədilə l-Əvivə çoxbaşlıqlı raketlərlə hücum edilib.
Açıqlamada qeyd olunub ki, Laricaninin qisası üçün “Xürrəmşəhr-4”, “Qadir”, “Emad” və “Xeybərşəkan” tipli raketlərdən istifadə olunaraq Təl-Əviv hədəfə alınıb.
İsrail mediası isə hücum nəticəsində Təl-Əviv yaxınlığındakı Ramat Qan şəhərində 2 nəfərin öldüyünü bildirib.
Kanal 12 televiziya kanalı Holon şəhərində bir əraziyə çoxbaşlıqlı raketin bir hissəsinin düşdüyünü və ziyan dəydiyini açıqlayıb.
Magen David Adom təcili yardım xidmətindən verilən məlumata görə, hadisə yerinə briqadalar göndərilib və ilkin məlumatlara əsasən yaralanan yoxdur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin