Laricaninin qızı ABŞ universitetində işdən çıxarıldı FOTO

25.01.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Corciya ştatında yerləşən Emori adlı özəl universitet İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı — Fatimə Ərdəşir Laricaninin vəzifəsindən uzaqlaşdırıldığını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bildirilib ki, o, artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin reaksiyası fonunda universitetdən xaric edilib.
Həmin universitetin nəzdində fəaliyyət göstərən Uinşip Onkologiya İnstitutu da “yüksək vəzifəli iranlı məmurun qızı olan həkimin artıq universitet əməkdaşı olmadığını” açıqlayıb, lakin məsələnin kadr mövzusu olduğunu əsas gətirərək əlavə məlumat verməkdən imtina edib.
Əvvəllər hematologiya və tibbi onkologiya üzrə dosent kimi göstərilən Ərdəşir Laricaniyə dair məlumatlar universitetin rəsmi saytından silinib.
Universitet rəhbərliyi onun işdən çıxarılmasının ötən həftə ABŞ tərəfindən atası Əli Laricaniyə qarşı tətbiq edilən sanksiyalarla əlaqəli olub-olmadığını dəqiqləşdirməyib. Rəsmi açıqlamada qeyd olunub ki, əməkdaşların işə qəbulu və işdən çıxarılması ştat və federal qanunvericiliyə uyğun həyata keçirilir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью