Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhkəmə-tibbi ekspertizası müğənni Larisa Dolinanın mənzilinin satışı zamanı baş verən saxtakarlıq faktları dövründə onun müvəqqəti olaraq ruhi xəstə vəziyyətdə olduğunu təsdiqləyib. Bu barədə TASS agentliyinin nəzərdən keçirdiyi Rusiya Ali Məhkəməsinin qərarında bildirilib.
Doğru.az xəbər verir ki, sənəddə qeyd olunur: “L.A. Dolinaya qarşı törədilən qanunsuz hərəkətlər dövründə mövcud şəxsiyyət xüsusiyyətləri fonunda onun ruhi vəziyyətində dəyişiklik baş verib və bu, uyğunlaşma pozğunluğunun inkişafı ilə müşayiət olunub”.
Mütəxəssislərin rəyinə əsasən, bu müvəqqəti ruhi pozğunluq müğənninin mənzilin satışı zamanı atdığı addımların mahiyyətini tam dərk etməsinə və davranışlarını idarə etməsinə mane olub.
Qeyd edək ki, daha əvvəl Rusiya Ali Məhkəməsi mübahisəli mənzilin mülkiyyət hüququnun Luryenin adına saxlanılmasına qərar verib. Dekabrın 18-də isə Luryenin vəkili bildirib ki, Larisa Dolina Xamovniki rayonunda yerləşən həmin mənzildə yaşamağa davam edir.
DOĞRU.AZ