Icma.az bildirir, Axsham.az portalına istinadən.
Məşhur müğənni Larisa Dolina və onun vəkili ölümlə hədələnib.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi özü verib.
Cinayətkarlar Larisa Dolinaya mənzillə bağlı dələduzluq işi üzrə polisə verdiyi şikayəti geri götürməsə, onu amansızlıqla qətlə yetirəcəklərini və ya avtomobilini partladacaqlarını bildiriblər.
Polis ölüm hədələri ilə bağlı cinayət işi açıb. Lakin istintaq hazırda dayandırılıb.
Qeyd edək ki, keçən il müğənni dələduzların qurbanı olub. O, təzyiq altında Moskvadakı mənzilini satmağa məcbur qalıb. Xoşbəxtlikdən, Larisa Dolina evini geri qaytara bilib.