Larisanın milyonlarını alanlara hökm oxundu

09.09.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı müğənni Larisa Dolinanı mənzili ilə bağlı aldadan şəxslərdən 114 milyon rubldan (təxminən 2 milyon 24 min manat) çox vəsait tutulacaq.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lefortovo Məhkəməsi ziyanın kuriyer Anjela Tsırulnikova və Andrey Osnova tərəfindən ödənilməsinə qərar verib. Onlardan 335 min rubldan çox dövlət rüsumu da tutulacaq.

İş üzrə dörd nəfər xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib. Onlara 4 ildən 7 il 3 aya qədər həbs cəzası verilib.

Dələduzluq sxeminin təşkilatçıları və Dolinanı “təhlükəsiz hesablar”a pul köçürməyə inandıran şəxslər isə hələ saxlanılmayıb. Əsas təşkilatçının xaricdə olduğu bildirilir.

Qeyd edək ki, Larisa dələduzlara görə 236 metrlik mənzilini satmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью