Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. “Atlılar” Kiprin AEK klubundan sol cinah müdafiəçisi Jeremi Qnali ilə anlaşıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacağı gözlənilir.
“Transfermarkt”da dəyəri 450 min avro olan Qnali bu mövsüm Kipr çempionatında 14 oyunda 2 məhsuldar ötürmə edib. Cinah oyunçusu Larnaka təmsilçis ilə Konfrans Liqasında 5, Avropa Liqasında 6 oyunda meydanda olub. Qnailinin Avropa Liqası oyunları daha məhsuldar keçib – 3 assist.
Komandanın aparıcı üzvlərindən olan 23 yaşlı futbolçu “Mets” klubunun yetirməsidir. Futbol həyatına Fransada başlayan Qnali daha sonra İspaniyada aşağı liqa klubları “Tarazona”, “Melilla”da forma geyinib. Jeremi 2024-cü ilin avqustunda 150 min avro qarşılığında “Tarazona”dan AEK-ə keçib.
2021-ci ildə “Mets”in B komandası ilə oyunlara çıxan Qnaili 5 ilə 400 min avro dəyər artırıb. Güclü fizikası ilə seçilən müdafiəçi sol cinahda müdafiədə, yarımmüdafiədə və hücumda oynamağı bacarır.
Qnali peşəkar karyerası ərzində 154 matça çıxıb. O, bu görüşlərdə 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.