Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Səbail”in futbolçusu Qorka Larusea premyer-liqanın 23-cü turunda “Sabah”la matçda zədələnib. Yarımmüdafəçi 32-ci dəqiqədə ötürmə verən zaman yerdə qalıb. Həkimlərin müdaxiləsi ilə onu meydandan çıxarıblar.
Laruseanın əməliyyat olunmasına ehtiyac varmı, mövsüm onun üçün bitdimi? Bu sualları “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova ünvanladıq:
“Qorka son üç turda meydana çıxmayıb. Əməliyyat olunacaq. Böyük ölçüdə mövsüm onun üçün bitib”.
ƏSƏD SEYİDOV