Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 3-cü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Ayxan Cavadov (63 kq) təsəlliverici görüşdə ekvadorlu Klizman Velizə 1:5 hesabıyla məğlub olub.
Ruslan Nurullayev (77 kq) təsəlliverici görüşlərdə iranlı Ahura Piani (10:1) və norveçli Ludviq Hatlanda (8:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ukraynalı İrfan Mirzoyevi üstələyib – 3:1. Bu, Ruslanın U23 dünya çempionatlarında 3-cü bürünc medal olub.
Orxan Hacıyev (87 kq) təsəlliverici görüşdə serbiyalı Antal Vamosa “tuş”la uduzub. Məzaim Mərdanov (130 kq) isə təsəlliverici görüşdə ermənistanlı Aramayis Harutyunyana sonuncu xal prinsipinə əsasən (5:5) məğlub olub.
Qabil YUSİFOĞLU
XQ