Las Veqasda evli qadınların gözəllik müsabiqəsi keçirilir

25.01.2026

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Evli qadınlar üçün beynəlxalq gözəllik müsabiqəsi olan "Missis World 2026" Las-Veqasda (ABŞ) start götürüb.

Oxu.Az xəbər verir ki, bu barədə Snob.ru məlumat yayıb.

Məlumata görə, müsabiqənin rəsmi tədbirləri artıq başlayıb. İştirakçılar final şousu üçün saatlarla gündəlik məşqlər, eləcə də rəsmi görüşlər və müsahibələr keçirirlər.

Qeyd edək ki, müsabiqə 1984-cü ildən keçirilir. Müsabiqənin final mərhələsi yanvarın 29-da baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью