Laslo Toth: IJF bayrağı Azərbaycana təqdim olunub bu, Bakı 2026 ya keçidi simvolizə edir

24.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Dünya çempionatında Avropa komandalarının uğurlarını qeyd etdikdən sonra Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı Azərbaycana təqdim olundu. Bu, Bakı-2026-ya keçidi simvolizə edir”.

İdman.biz xəbər verir ki, bunu Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth dünya çempionatında estafetin Budapeştdən Bakıya keçməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, Beynəlxalq Cüdo Federasiyasına və onun prezidenti Marius Vizerə təşəkkürünü də bildirib: "Avropaya növbəti il yenidən dünya çempionatına ev sahibliyi etmək imkanı verdikləri üçün minnətdaram”.

Toth həmçinin Budapeştdə keçirilən mövsümün əsas yarışı ilə bağlı yekun fikirlərini də bölüşüb: “Son iki həftəni xatırlamaq mənim üçün xoşdur. Bu müddət bir daha göstərdi ki, Avropa cüdo ailəsində əsas mövqeyə malikdir. İdmançılarımız bütün çəki dərəcələrində yüksək səviyyədə çıxış edərək mükafatlar uğrunda mübarizə apardılar”.

Qeyd edək ki, Azərbaycan idmançıları Budapeştdəki dünya çempionatında üç bürünc medal qazanıblar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью