LasVeqasda partlayan Cybertruckun sürücüsü müəyyən edilib

02.01.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Federal Təhqiqatlar Bürosu və polis Nevada ştatının Las-Veqas şəhərində, "Trump International Hotel" yaxınlığında partlayan elektrikli "Tesla Cybertruck" pikapının sürücüsünün şəxsiyyətini müəyyənləşdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "KOAA5" televiziya şirkəti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, partlayışda şübhəli bilinən avtomobilin ölən sürücüsü Kolorado-Sprinqsdə (Kolorado) yaşayan 37 yaşlı Metyu Livelsberger olub. Şəhər polis idarəsi FTB nümayəndələrinin hazırda mərhumun yaşadığı evlərdən birində işlədiyini təsdiqləyib.

KTNV telekanalının məlumatına görə, şübhəli şəxs ABŞ ordusunda xidmət edib. Hadisədən bir müddət əvvəl o, "Turo" avtomobil paylaşma xidməti vasitəsilə Koloradoda "Cybertruck" icarəyə götürüb.

Yanvarın 1-də Las-Veqasda “Trump International” otelinin qarşısında “Cybertruck” markalı pikap yanıb. Bildirilib ki, otelin qonaqları partlayış səsi eşidib və giriş yaxınlığında tüstü dumanı qalxıb.

Las-Veqas polisi 7 nəfərin yaralanması ilə nəticələnən hadisənin araşdırıldığını bildirib. Yük maşınının sürücüsü həlak olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью