Latsio beş azad agentlə maraqlanır, üçü İnter in sabiq oyunçusudur

05.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İtaliyanın "Latsio" futbol klubu transfer pəncərəsi bağlandıqdan sonra heyəti gücləndirmək imkanını nəzərdən keçirir.

İdman.Biz Calciomercato.com saytına istinadən xəbər verir ki, romalılar "Real Madrid"ın sabiq müdafiəçisi David Alabanı, eləcə də digər dörd azad agenti izləyirlər ki, onların da üçü "İnter"də çıxış edib.

"Latsio" müdafiəçi Alessio Romanyolinin Qətərin "Əl-Sədd" klubuna satılmasından sonra müdafiəni gücləndirməyi planlaşdırır və namizədlər arasında Alabadan başqa, "İnter"in sabiq müdafiəçisi Françesko Çerbi və Almaniyanın "Union" (Berlin) klubunda çıxış etmiş portuqaliyalı müdafiəçi Diuqu Leyte də var.

Həmçinin romalılar "İnter"in digər iki sabiq oyunçusu Marselo Brozoviç və Mauro İkardi ilə də maraqlanırlar.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью