“Latsio” liderliyini möhkəmləndirdi, “Komo”dan inamlı qələbə VİDEO

21.11.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İtaliya A Seriyasının 12-ci turunda “Latsio” və “Komo” doğma meydanda qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, “Latsio” Romanın “Olimpiko” stadionunda “Leççe”ni 3:0 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Teyanni Noslin 25-ci dəqiqədə hesabı açıb. Niderlandlı hücumçu 68-ci dəqiqədə dublunu rəsmiləşdirib. Davide Frattezi isə 90-cı dəqiqədə fərqlənərək yekun nəticəni müəyyənləşdirib.

Digər qarşılaşmada “Komo” “Kalyari”ni 2:0 hesabı ilə üstələyib. Qalib komandanın qollarını 24-cü dəqiqədə Yakobo Ramon və 56-cı dəqiqədə Lukas da Kunya vurublar. Hər iki qolun ötürməsini Yan Kouto edib.

Bu nəticələrdən sonra “Latsio” xallarını 32-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Komo” isə 26 xalla dördüncü pilləyə yüksəlib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью