Latsio mərakeşli futbolçu üçün hərəkətə keçdi

27.08.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Latsio” PSV-nin futbolçusu İsmael Saibari Ben El Basranı heyətinə qatmağı planlaşdırır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, A seriyasının təmsilçisi mərakeşli yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.

24 yaşlı futbolçu özü İtaliya klubuna keçməyə müsbət yanaşır. Sadəcə “Latsio” PSV-nin tələb etdiyi 30 milyon avroluq təzminatı ödəməlidir.

Mərakeş millisinin üzvünün PSV ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью