Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Latsio"nun qapıçısı Xristos Mandas karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 24 yaşlı qolkiper "Bornmut"un formasını geyinəcək.
Məlumatı "albalılar"ın rəsmi saytı yayıb. O, müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsinə imza atıb.
Cari mövsüm "Latsio"nun heyətində bir oyunda forma şansı qazanan Mandas qol buraxmayıb. Onun Roma klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
"Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 5 milyon avro ilə qiymətləndirir.
23 tura 30 xal toplayan "Bornmut" İPL-in turnir cədvəlində 13-cü pillədə mövqe tutub.
Nihat