Latsio Real Sosyedad oyunundan öncə dava düşdü 3 nəfər bıçaqlandı

24.01.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində bu gün İtaliyada "Latsio" və "Real Sosyedad" arasında keçiriləcək oyundan öncə azarkeşlər arasında kütləvi dava qeydə alınıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Espana" yayıb.

Xəbərə görə, insident zamanı 3 fanat bıçaqlanıb. Davada Roma klubunun 80-dən çox fanatının iştirak etdiyi bildirilib.

Bıçaqlanan şəxslərdən ikisi ağır yaralanıb. Yerli polis hazırda məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью