“Latsio” Tavareşin keçidini rəsmiləşdirmək istəyir

22.04.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Latsio” “Arsenal”ın müdafiəçisi Nuno Tavareşi transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, İtaliya klubu futbolçunu 5 milyon avroya almaq variantını aktivləşdirməyə hazırdır. Nunoya 2029-cu ilin yayına qədər müqavilə təklif olunacaq.

Tavares 2024-cü ilin iyul ayından icarə əsasında “Latsio”da çıxış edir. Bu mövsüm 25 yaşlı sol cinah müdafiəçisi bütün turnirlərdə 28 oyun keçirib, 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı oyunçunu 25 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью