Latviya Belarusla sərhəddə gücləndirilmiş nəzarət rejimini uzadıb

19.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Latviya hökuməti Latviya-Belarus sərhədində gücləndirilmiş nəzarət rejiminin 2025-ci il iyunun 30-dək uzadılması barədə qərar qəbul edib. 

Bakıvaxtı.az "TASS" xəbər verir ki, bu barədə Latviya Nazirlər Kabinetinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanata əsasən, Nazirlər Kabineti dekabrın 18-də Ludza, Kraslava, Auqşdauqava və Dauqavpils əyalətlərinin inzibati ərazilərində sərhəd sisteminin gücləndirilmiş iş rejimini 2025-ci il iyunun 30-dək uzadıb.

Qeyd edəkk i, 2024-cü ilin martında Latviya Belarusla sərhəddə gücləndirilmiş nəzarət rejimi tətbiq edib.  

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью