Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Latviya hökumətinin qərarı ilə Belarusla sərhəddə fəaliyyət göstərən yeganə açıq avtomobil keçid məntəqəsi olan “Qriqorovşina” məntəqəsindən nəqliyyatın hərəkəti tam dayandırılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, Belarus Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Latviya tərəfinin qərarı ilə iyulun 31-i saat 23:00-dan etibarən Belarus–Latviya sərhədindəki “Qriqorovşina” keçid məntəqəsində avtomobillərin hərəkəti dayandırılıb və hələ də bərpa olunmayıb.
Məlumata əsasən, Latviya daxili işlər naziri bir gün əvvəl bu barədə məlumat verərək, qərarın texniki səbəblərlə bağlı olduğunu bildirib.
Vəziyyətin dəyişməsi ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.
Bizimyol.info