Latviya: Gürcüstan Avropanın bir hissəsi olmaq istəyir

12.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Gürcüstan əhalisi Avropanın bir hissəsi olmaq istəyir. Təəssüf ki, hökumət müvafiq addımlar atmayıb”.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında Latviyanın xarici işlər naziri Bayba Braje bildirib.

Gürcüstan hökuməti ilə hər hansı dialoqun olub-olmadığı barədə suala cavab verən Braje bildirib ki, Latviyanın Gürcüstanda səfirliyi fəaliyyət göstərir və Riqada yeni səfirə akkreditasiya verilib:

"Gürcüstan beynəlxalq proseslərdən kənarlaşdırılmayıb. Lakin Avropa İttifaqına üzvlük yolunda atılmalı addımlara gəlincə, bu, gürcü xalqının istəyidir. Xalq hökumətdən fərqli bir şey istəyir".

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью