Latviya Gürcüstanın 55 vətəndaşına ölkəyə girişi qadağan edib

15.07.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Latviyanın xarici işlər naziri hökuməti antidemokratik addımlarına görə tənqid olunan Gürcüstanın 55 vətəndaşını arzuolunmaz şəxs elan edib.
Reyting.az
xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Latviya diplomatiyasının rəhbəri ölkədə “55 Gürcüstan vətəndaşının “personae non gratae” siyahısına daxil edilməsi” barədə qərar verib.
“Bu şəxslərin qeyri-müəyyən müddətə Latviyaya girişi qadağan edilib”, - deyə onlar əlavə edib və məhdudiyyətlərin konkret kimə şamil olunduğunu açıqlamayıblar.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью