Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək

30.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 noyabr 2026-cı il tarixindən etibarən Latviya tarixdə ilk dəfə olaraq bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

XQ xarici KİV-ə istinadən xəbər verir ki, Latviyanın BMT-dəki səfiri Sanita Pavluta-Deslandesin sözlərinə görə, Təhlükəsizlik Şurasına sədrlik bir ölkənin Şuranın işində xüsusilə rol oynadığı bir dövrdür.

O bildirib ki, Latviyanın BMT Təhlükəsizlik Şurasının işinə verdiyi töhfə həmişə ardıcıl və məqsədyönlü olub və sədrlik ölkəyə öz maraqlarını, dəyərlərini müdafiə etmək, beynəlxalq nüfuzunu artırmaq və məsuliyyətli mövqe nümayiş etdirmək imkanı verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью