Latviya, Litva və Estoniyadan Gürcüstanla bağlı qərar

02.12.2024

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Etirazların yatırılmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq edilib

Latviya, Litva və Estoniya Gürcüstanda etirazların zorakılıqla yatırılmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib. AYNA xəbər verir ki, bu barədə Baltikyanı respublikaların xarici işlər nazirləri Bayba Braze (Latviya) və Marqus Tsaxkna (Estoniya) “X” hesabında yazıblar.

“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər. Ölkələrimizdə demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır”, - deyə qeyd olunub.

“Qara siyahı”ya konkret kimin daxil olduğu və sanksiyaların nəyi nəzərdə tutduğu hələlik məlum deyil.

Xatırladaq ki, Latviya, Litva və Estoniya Avropa İttifaqının və NATO-nun üzvləridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью